Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti səhmlərini konvertasiya edir

«Atəşgah Həyat» sığorta şirkəti səhmlərini konvertasiya edir
# 16 fevral 2010 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Atəşgah Həyat» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 300 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 2,3 mln. manat təşkil edir. Ötən il qeydiyyata alınmış «Atəşgah Həyat»ın bu səhmləri (hər birinin nominal dəyəri 1 300 manat olan 1 000 ədəd və 1,3 mln. manatlıq) yeni nominalı adi adlı sənədsiz səhmlərə konvertasiya olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR