Bank Of Baku

Avropa İttifaqı Yunanıstanı sanksiyalarla hədələyib

Avropa İttifaqı Yunanıstanı sanksiyalarla hədələyib
# 16 fevral 2010 14:21 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstan hökuməti büdcə kəsirini azaltmaq üçün martın 16-na qədər əlavə tədbirlər planını təqdim etməsə, Avropa İttifaqı bu ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.

APA-Economics”in “BBC News”a istinadən məlumatına görə, bu sensasion bəyanatla Lüksemburqun baş naziri, Avropa Qrupunun prezidenti Jan Klod Yunker çıxış edib.

Onun sözlərinə görə, Yunanıstanın maliyyə problemləri ilk növbədə bu ölkənin daxili işidir: “Yunanıstan hökuməti başa düşməlidir ki, avrozonanın digər üzvləri Yunanıstanın səhvlərinə görə əlavə ödəniş etməli deyillər”.

Qeyd edək ki, 2009-cu ildə Avropa İttifaqı ölkələri arasında ən böyük büdcə kəsiri Yunanıstanda qeydə alınıb – 12,7%. Yunanıstanın dövlət borcu Ümumi Daxili Məhsulun 100%-ni üstələyib. Nəticədə avronun məzənnəsi getdikcə aşağı düşür. Rəsmi Afinanın yardım göstərilməsi ilə bağlı xahiş və tələbləri isə Avropa İttifaqı tərəfindən yerinə yetirilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR