Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu son bir ildə 14% artıb

Azərbaycanın xarici dövlət borcu son bir ildə 14% artıb
# 16 fevral 2010 14:58 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 380,3 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 3 094,86 mln. dollar və ya ümumi xarici borcun 90,45%-ni təşkil edib. Həmin məbləğin 39,74%-i və yaxud 1 359,8 mln. dolları elektrik enerjisi sektoruna, 3,65%-i (124,78 mln. dollar) kənd təsərrüfatı, 25,38%-i (868,48 mln. dollar) yol tikintisi və nəqliyyat, 9,05%-i (309,81 mln. dollar) su təchizatı və meliorasiya, 6,06%-i (207,34 mln. dollar) neft, qaz və kimya, 4,5%-i (153,94 mln. dollar) sosial, 2,07%-i isə (70,71 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 326,91 mln. dollar təşkil edib (xarici borcun 9,55%-i). Bu məbləğin 264,96 mln. dolları Dünya Bankı, 61,96 mln. dolları isə (1,81%-i) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, ötən il ərzində istifadə edilən kreditlərin həcmi 646,8 mln. dollar təşkil edib. Bununla yanaşı, 2009-cu il ərzində xarici borca xidmətlə əlaqədar xərclərin həcmi 287,7 mln. dollar təşkil edib ki, bunun 220,3 mln. dolları əsas borc, 67,5 mln. dolları isə hesablanmış faizlərin payına düşüb.

Qeyd edək ki, 2009-cu il ərzində xarici borca xidmətlə əlaqədar ödənilmiş vəsaitin 107,7 mln. dolları dövlət büdcəsi hesabına həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR