Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzinə yeni lisenziya verilib

Azərbaycan Milli Depozit Mərkəzinə yeni lisenziya verilib
# 16 fevral 2010 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Milli Depozit Mərkəzi» (MDM) Qapalı Səhmdar Cəmiyyətinə yeni lisenziya verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən MDM-ə qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 13 diler, 3 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 1 fond birjası, 3 depozitar və 1 klirinq üzrə peşəkar fəaliyyət növlərinə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR