Bank Of Baku

«Turan Bank» son bir ildə aktivlərini 37% artırıb

«Turan Bank» son bir ildə aktivlərini 37% artırıb
# 17 fevral 2010 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin aktivlərinin həcmi cari ilin fevral ayının 1-nə 112,8 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 37,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 19,6% artaraq 79,8 mln. manata, depozit portfeli isə 14,7% artaraq 39,9 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 7,9% artaraq 20,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 17 mln. manat olub.
Qeyd edək ki, hesabat dövründə bankın gəlirləri 1,2 mln. manat, xərcləri isə 0,8 mln. manat olub. Nəticədə, bankın son bir il ərzində əldə etdiyi mənfəətin həcmi 63,7% artaraq 0,4 mln. manata çatıb.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR