Bank Of Baku

Azərbaycan Vergilər Nazirlyi tərəfindən büdcə öhdəliklərinin icrası 2009-cu ildə 28% azalıb

Azərbaycan Vergilər Nazirlyi tərəfindən büdcə öhdəliklərinin icrası 2009-cu ildə 28% azalıb
# 17 fevral 2010 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirlyi tərəfindən 2009-cu il ərzində dövlət büdcəsinə 4,114 mlrd. manat vəsaitin daxil olması təmin edilib. Bu isə əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 28,4% azdır.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə büdcə daxilolmalarının həcmi 2008-ci illə müqayisədə qeyri-neft sektoru üzrə 70,2 mln. manat və ya 3,1% artıb. Neft sazişləri çərçivəsində fəaliyyət göstərən xarici subpodryadçılar istisna olmaqla, qeyri-neft sektorunun digər vergi ödəyicilərindən (milli vergi qanunvericiliyi ilə fəaliyyət göstərən) 2009-cu il ərzində büdcəyə 2 047,5 mln. manat vəsait daxil olub ki, 2008-ci illə muqayisədə bu göstərici 187,2 mln. manat və ya 10,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR