Bank Of Baku

«FINCA Azerbaijan» ötən il kredit portfelini 4% artırıb

«FINCA Azerbaijan» ötən il kredit portfelini 4% artırıb
# 17 fevral 2010 07:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 69,235 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 3,75% çoxdur.

Təşkilatın xüsusi layihələr üzrə rəhbəri Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 40,528 mln. dolları qruplar, 28,707 mln. dolları isə fərdi qaydada verilib.

Z.Nurməmmədov bildirib ki, 2009-cu il ərzində təşkilatın müştərilərinin sayı 8,04% artaraq 90 558 nəfər təşkil edib, bunun da 68 379 nəfəri qrup müştəriləri, 22 179 nəfəri isə fərdi müştərilərdir.

Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə ayırır. Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR