Bank Of Baku

«Bank Respublika» əmanətçiləri arasında uduş kampaniyasının növbəti qalibləri bəlli olub

«Bank Respublika» əmanətçiləri arasında uduş kampaniyasının növbəti qalibləri bəlli olub
# 17 fevral 2010 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin əmanətçiləri arasında keçirilən uduş kampaniyasının növbəti tirajında 7 qızıl külçənin sahibləri müəyyən olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, külçələr 2009-cu ilin sentyabr ayından başlayan kampaniya çərçivəsində oynanılıb.

Kampaniyanın qaydalarına əsasən, hər ay hər biri 20 qram olmaqla 2 ədəd və hər biri 10 qram olmaqla 5 ədəd qızıl külçələr oynanılır. Kampaniyada oynanılan bütün külçələr Rusiya istehsalı olan 999,9 əyarlı qızıllardır. Kampaniyanın əsas hədiyyəsi “Mazda 3” avtomobili isə bu ilin mart ayının 15-də oynanılacaq.

Qeyd edək ki, kampaniyada ən azı 12 ay müddətində və 1000 manat (dollar və avro) məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 manatı (dollar, avro) məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər. Kampaniyanın əvvəlindən etibarən bankın 42 əmanətçisi qızıl külçə sahibi olub.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının “25%+1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur.

Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 348 mln. manat, kredit portfeli 196,553 mln. manat, depozit portfeli 162,249 mln. manat, məcmu kapitalı 55,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat təşkil edib. Hazırda bakın Bakı və regionlarda 34 filial və şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR