Bank Of Baku

Yanvarda Azərbaycanda illik iqtisadi artım 9,2% olub

Yanvarda Azərbaycanda illik iqtisadi artım 9,2% olub
# 17 fevral 2010 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk ayında Azərbaycan iqtisadiyyatında 3,2 mlrd. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, onun adambaşına həcmi 361,7 manat (450,3 ABŞ dolları) təşkil edib. Bu da, ötən ilin yanvar ayının göstəricisindən 67,5% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadiyyatın istehsal sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2009-cu ildəki 53%-dən 67,3%-dək yüksəlib, xidmət sahələrində isə müvafiq olaraq 38,1%-dən 26,6%-dək azalıb. ÜDM-in 6,1%-i məhsula və idxala xalis vergilərin payına düşüb.

Yanvar ayında sənayedə 2 mlrd. manatlıq, yaxud ÜDM-in 62,4%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 47,7 mln. manatlıq (müvafiq olaraq 1,5%), tikintidə 109,4 mln. manatlıq (3,4%), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər sahəsində 231,8 mln. manatlıq (7,2%), nəqliyyat və anbar təsərrüfatında 203,2 mln. manatlıq (6,3%), yaşayışın təşkili və ictimai iaşə sahəsində 34,7 mln. manatlıq (1,1%), informasiya və rabitə xidmətləri sahəsində 48,8 mln. manatlıq (1,5%), sosial və digər xidmətlər sahəsində isə 336,8 mln. manatlıq (10,5%) əlavə dəyər yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR