Bank Of Baku

Azərbaycanda illik inflyasiya yanvarda 1,8%-ə çatıb

Azərbaycanda illik inflyasiya yanvarda 1,8%-ə çatıb
# 17 fevral 2010 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki aya nisbətən 0,5%, əvvəlki ilin yanvar ayına nisbətən isə 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında dekabrla müqayisədə ərzaq məhsullarından «Süd məhsulları, pendir və yumurta» qrupu üzrə qiymətlər 0,3% ucuzlaşıb, «Ət məhsulları» qrupu üzrə 0,2%, «Yağ və piylər» qrupu üzrə 0,7%, «Qəhvə, çay, kakao» qrupu üzrə 0,2%, «Tərəvəz» qrupu üzrə 2,8%, «Meyvə» qrupu üzrə 1,6%, «Qənd, cem, bal, şokolad və konfetlər» qrupu üzrə 0,3%, «Spirtli içkilər» qrupu üzrə 0,1%, «Balıq məhsulları» qrupu üzrə qiymətlər isə 0,3% bahalaşıb. Nəticədə, ərzaq məhsullarının qiymətləri 0,6% bahalaşıb. Qeyri-ərzaq məhsulları isə ötən ilin dekabr ayına nisbətən 0,6%, 2009-cu ilin yanvar ayı ilə müqayisədə isə 1,4% bahalaşıb.

Hesabat ayında həmçinin göstərilən xidmətlərin qiymətlərində də bahalaşma müşahidə olunub. Belə ki, yanvarda dekabr ayı ilə müqayisədə xidmət tarifləri 0,1%, 2009-cu ilin yanvar ayına nisbətən isə 9,2% bahalaşıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar ayında istehlak qiymətlərinin bazis indeksi əvvəlki ayla müqayisədə 100,3%, yanvar ayının 2009-cu ilin yanvar ayına nisbəti isə 100,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR