Bank Of Baku

Ötən il Azərbaycanın büdcə gəlirləri 3,7%, xərcləri isə 1% azalıb

Ötən il Azərbaycanın büdcə gəlirləri 3,7%, xərcləri isə 1% azalıb
# 17 fevral 2010 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dövlət büdcəsinə 10,3 mlrd. manat vəsait daxil olub ki, 2008-ci illə müqayisədə büdcə gəlirlərinin həcmi 3,7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verlən məlumata görə, hesabat ilində büdcə xərcləri 10,6 mlrd. manat təşkil edib və 2008-ci ilin göstəricisi ilə müqayisədə 1% azalıb. Ötən il büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 242 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,7%-nə bərabər olub.

Xatırladaq ki, 2008-ci ilin dövlət büdcəsnin icrasında profisit (0,083 mlrd. manat) müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR