Bank Of Baku

«Royal Bank»ın İdarə Heyətinə yeni sədr təyin olunub

«Royal Bank»ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 17 fevral 2010 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin Müşahidə Şurası və İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aparılan dəyişikliklərə əsasən, əvəllər bankın İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Samir Əkbərov bankın İdarə Heyətinin sədri təyin olunub. S.Əkbərovdan əvvəl bankın sədri vəsizfəsini icra edən Zaur Fərzəliyev isə bankın Müşahidə Şurasının üzvü seçilib.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR