Bank Of Baku

Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə yanvarda 2 dəfə artıb

Xarici mənbələrdən Azərbaycanda əsas kapitala yatırılan sərmayə yanvarda 2 dəfə artıb
# 17 fevral 2010 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 218,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkənin əsas kapitalına yönəldilmiş vəsait əvvəlki ilin müvafiq dövründəkindən 2 dəfə çox olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar ayında əsas kapitala yönəldilmiş xarici vəsaitin 202,5 mln. manatı (92,6%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR