Bank Of Baku

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi 5% artıb

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi 5% artıb
# 17 fevral 2010 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 401,3 mln. manat və ya ötən ilin yanvar ayında olduğundan 5,6% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 54,3%-ni təşkil edərək 218,1 mln. manat olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 180 mln. manat, qeyri-dövlət müəssisələri isə 221,3 mln. manat vəsait sərf edib. İstehsal təyinatlı obyektlərin inşasında 356,2 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 45,1 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 45,5%-ni daxili, 54,5%-ni isə xarici mənbələrdən ayrılmış vəsaitlər təşkil edib, daxili mənbə vəsaitlərinin 85,2%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 14,8%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Cari ilin ilk ayında dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşunun 80,7 mln. manatından istifadə edilib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 258 mln. manat (ümumi vəsaitin 64,3%-i), bank kreditləri 29,6 mln. manat (7,4%-i), büdcə vəsaitləri 88,2 mln. manat (22%-i), büdcədənkənar fondların vəsaitləri 12,4 mln. manat (3,1%-i), əhalinin şəxsi vəsaitləri 13,1 mln. manat (3,2%-i) təşkil edib.

Bununla yanaşı, yanvar ayında əsas kapitala yönəldilmiş bütün vəsaitin 61,8%-i sənaye sahələrinin inkişafına, 1,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 0,1%-i ticarətə, 25,3%-i nəqliyyat və anbar təsərrüfatına, 0,3%-i informasiya və rabitəyə, 5,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 5,6%-i mənzil tikintisinə), 0,9%-i dövlət idarəetməsinə, 1,5%-i təhsilə, 0,5%-i səhiyyəyə, 2,5%-i istirahət, əyləncə və incəsənətə, 0,2%-i isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR