Bank Of Baku

Azərbaycan paytaxtında qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb

Azərbaycan paytaxtında qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb
# 17 fevral 2010 15:02 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nəsimi rayonu Vidadi küçəsi, 148 ünvanda yerləşən obyektdə fəaliyyət göstərən kazinonun vergi orqanlarında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavid Nəriman oğlu Əlizadə tərəfindən işlədildiyi müəyyən edilib. Qeyri-qanuni fəaliyyət göstərən kazinoda 16 ədəd pul uduşlu oyun avtomatı, o cümlədən 12 ədəd “Kazino İmperial”, 2 ədəd “Novomatik Admiral”, 1 ədəd “Hunday” və 1 ədəd “Kosmos” sözləri yazılmış aparatlar aşkar edilib. Bu avadanlıqlar C.Əlizadənin iştirakı ilə akt tərtib olunaraq götürülüb və aidiyyəti üzrə məsul saxlanılmaq üçün təhvil verilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən, C.Əlizadə barəsində akt tərtib edilərək ondan müvafiq izahat alınıb. Faktla bağlı araşdırmalar davam edir.

Vergilər Nazirliyi bir daha bütün sahibkarları bu və ya digər şəkildə qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdən çəkinməyə çağırır və bildirir ki, belə fəaliyyətin qarşısı daim qətiyyətlə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR