Bank Of Baku

Azərbaycan prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb
# 17 fevral 2010 17:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycanda pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, Fərdi Uçot Sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınan pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR