Bank Of Baku

«BE&G» nizamnamə kapitalını artırır

«BE&G» nizamnamə kapitalını artırır
# 18 fevral 2010 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mart ayının 9-dan etibarən Bakı Fond Birjasında (BFB) «BE&G» («Benefit & Guaranty) sığorta şirkətinin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Çelsi Kapital» MMC çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 83,3% artaraq 2,2 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan “BE&G” sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin 2009-ci il ərzində topladığı sığorta haqlarının həcmi 984,399 min manat, sığorta riskləri üzrə ödənişlərinin həcmi 518,169 min. manat, nizamnamə kapitalı isə 1,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR