Bank Of Baku

«Aqrarkredit» ötən il kənd yerlərinin kreditləşməsi xətti ilə 5,479 mln. manat kredit ayırıb

«Aqrarkredit» ötən il kənd yerlərinin kreditləşməsi xətti ilə 5,479 mln. manat kredit ayırıb
# 18 fevral 2010 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrarkredit» qeyri-bank kredit təşkilatının aktivlərinin həcmi cari ilin yanvar ayının 1-nə 25,336 mln. manata, məcmu kapitalı 14,275 mln. manata, o cümlədən nizamnamə kapitalı 18,535 mln. manata çatıb.

«Aqrarkredit»in baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təşkilat ötən il ərzində öz vəsaiti hesabına kənd yerlərinin kreditləşməsi xətti ilə 559 sahibkarlıq subyektinə 5,479 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 2,102 mln. manat, bitkiçiliyə 734 min manat, ticarət və xidmət sahələrinə 2,534 mln. manat və digər sahələrə isə 108 min manat həcmində kredit xidməti göstərib. Verilmiş kreditlər üzrə ödəniş əmsalı 95,8% təşkil edib. Həmçinin müvəkkil kredit təşkilatı olaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ötən il ərzində 282 sahibkarlıq subyektinə 1,841 mln. manat kredit verilib.

Qeyd edək ki, ötən il ərzində təşkilatın ümumi gəlirləri 4,184 mln. manat, xərcləri isə 4,067 mln. manat olub. Nəticədə təşkilatın ötən il ərzində əldə etdiyi mənfəətin həcmi 117 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Hazırda təşkilatın ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR