Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb
# 18 fevral 2010 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar ayında 1,10 bənd təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsaslanan “APA-Economics”in hesablamalarına görə, bu göstərici 2009-cu ilin yekunları ilə müqayisədə 0,31 bənd və ya 22% azdır.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Beləliklə, 2010-cu ilin yanvarı üzrə indeksi əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətlərini cəmi 10% üstələdiyini əks etdirir. Yəni Azərbaycan əhalisi yanvar ayı ərzində bütün qazandıqlarının 91%-ni əmtəə alınmasına və xidmətlərin ödənilməsinə xərcləyib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,41 bənd, yanvar-oktyabrda 1,42 bənd, yanvar-sentyabrda 1,43 bənd, yanvar-avqustda 1,54 bənd olub. Beləliklə, ötən ilin son aylarında əhalinin alıcılıq qabiliyyətinin tədricən azalması müşahidə olunub. Yanvarda isə bu göstərici daha kəskin azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvarında pərakəndə əmtəə dövriyyəsi 1 016,4 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 374,5 mln. manat, əhalinin gəlirləri isə 1 526,9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR