Bank Of Baku

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmində artım müşahidə olunur

Azərbaycanda hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmində artım müşahidə olunur
# 18 fevral 2010 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın əvvəlinə artım 17,4% və ya 1,2 mlrd. manat təşkil edib və nəticədə verilmiş kreditlərin həcmi 8 407,5 mln. manata çatıb.

Kredit qoyuluşunun 46,5%-i dövlət, 51,4%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 71,9%-ni uzunmüddətli kreditlər təşkil edib, 3,6%-nin isə ödənilmə vaxtı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR