Bank Of Baku

ABŞ-ın federal büdcəsinin kəsiri getdikcə azalır

ABŞ-ın federal büdcəsinin kəsiri getdikcə azalır
# 18 fevral 2010 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində ABŞ-ın federal büdcəsinin kəsiri 42,63 mlrd. dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Nazirliyin bildirdiyinə görə, bu göstərici analitiklərin proqnozlaşdırdığı 46 mlrd. dollardan yaxşı olub. Bununla yanaşı, 2010-cu ilin kəsiri ötən ilin yanvar ayının göstəricisindən də yaxşıdır. Belə ki, ötən il federal büdcənin kəsiri 63,46 mlrd. dollar təşkil edib. Nəticədə 48,8% artım qeydə alınıb.

Hesabat ayında ABŞ-ın federal büdcəsinin gəlirləri 205,24 mlrd. dollar, xərcləri isə 247,88 mlrd. dollar təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə gəlir 9,2%, xərclər isə 14,4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR