Bank Of Baku

«Rabitəbank» imtiyazlı səhmlərini adi səhmlərə çevirir

«Rabitəbank» imtiyazlı səhmlərini adi səhmlərə çevirir
# 18 fevral 2010 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» Açıq Səhmdar Cəmiyyətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 71,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,430 mln. manat təşkil edir. İmtiyazlı olan səhmlər «Rabitəbank»ın ötən il qeydiyyata alınmış (hər birinin nominal dəyəri 20 manat olan 71,5 min ədəd və 1,430 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinə konvertasiya olunacaq.
Qeyd edək ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 103,736 mln. manat, depozit portfeli 84,889 mln. manat, kredit portfeli 72,710 mln. manat, məcmu kapitalı 13,146 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda «Rabitəbank»ın ölkə üzrə 20 filialı, 25 bankomatı və 117 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR