Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «KartTransfer» xidmətini genişləndirir

Azərbaycan Beynəlxalq Bankı «KartTransfer» xidmətini genişləndirir
# 13 may 2010 11:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və «Bank Nikoil» ASC hər iki tərəfin buraxdığı plastik kartlar üzərindən «KartTransfer» təcili pul köçürmələrinin həyata keçirilməsi barədə saziş imzalayıb. ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, bank tərəfindən inkişaf etdirilən elektron bankinq sahəsində ən məşhur xidmətdən biri «KartTransfer» xidmətidir ki, bu xidmət bir plastik kartdan digərinə təcili pul köçürmələrinə imkan yaradır.

Beləliklə, «KartTransfer» xidmətinin infrastrukturuna artıq 9 bank daxildir. Bu, ABB, «ABB-Moskva», «Bank Nikoil», «AtaBank», «Bank Respublika», «Bank of Azerbaijan», «Rabitabank», «AGBank» və «Bank Standard» banklarıdır.

«KartTransfer» xidməti üzrə tələbat daim artır. Belə ki, ötən ilin birinci rübündə 2,1 mln. manatlıq 3,7 mln. pulköçürmə əməliyyatı həyata keçirilibsə, ötən ilin sonunda rüblük göstəricilər müvafiq olaraq 2,4 mln. manat və 5,1 mln. əməliyyat təşkil edib. Ümumilikdə, 2009-cu ildə 8,9 mln. manatlıq 17,3 mln. köçürmə aparılıb. Müqayisə üçün bildirək ki, 2008-ci ildə köçürmələrin sayı 8,5 mln., məbləğ isə 4,1 mln. manata bərabər olub», - deyə R.Ağayev bildirib.

R.Ağayevin sözlərinə görə, ABB tərəfindən təqdim edilən elektron bankinq xidmətlərinə bankomat, məlumat köşkü, mobil telefon və internet bankinq sistemi vasitəsi ilə aviabiletlərin dəyərinin ödənilməsi kimi xidmətlər də daxildir. Belə ki, ABB-nin və «SilkWay Travel» turizm şirkətinin müştəriləri turizm agentliyinə zəng edərək, sonra ABB vasitəsi ilə ödənişi aparmaqla, evdən və ya ofisdən çıxmamaqla elektron aviabiletə sahib ola bilər. Bundan başqa, elektron bankinq «Azercell», «Bakcell» və «NAR Mobile» mobil operatorlari, «Bakıelektrikşəbəkə», «Elcell», «Azeronline», «Adanet» və «Aztelekom» şirkətlərinin xidmətlərini də ödəmək imkanı verir.

R.Ağayev qeyd edib ki, elektron ödəmə və köçürmələr sahəsində son 3-4 il ərzində əhəmiyyətli artım müşahidə olunur. Belə ki, əgər 2007-ci ildə elektron bankinqin bütün kanalları vasitəsi ilə 4,88 mln. manat məbləğində 243,8 min əməliyyat aparılıbsa, 2008-ci ildə əməliyyatların sayı 366,3 minə, məbləği isə 7,97 mln. manata bərabər olub. Artım dinamikası ötən il də müşahidə olunub ki, həmin il 13,6 mln. manat məbləğində 498,7 min əməliyyat aparılıb. Cari ilin ilk rübündə əməliyyatların sayı 117 min, məcmu məbləği isə 2,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR