Bank Of Baku

«Amrahbank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Amrahbank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 13 may 2010 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 17-də «Amrahbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 17 404 min ədəd, emissiyanın ümumi həcmi isə 1 740 400 manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Chelsea Capital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 13,5% artaraq 14 561 400 manata çatacaq.

Qeyd edək ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,811 mln. manat, depozit portfeli 41,176 mln. manat, kredit portfeli 39,898 mln. manat, məcmu kapitalı 20,653 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR