Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun başçısı Sidneydə keçirilən Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib

Azərbaycan Dövlət Neft Fondunun başçısı Sidneydə keçirilən Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib
# 13 may 2010 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Sidneydə (Avstraliya) keçirilən Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda 22 suveren fondun rəsmiləri, həmçinin bir sıra ölkələrin və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. İclas zamanı qısa müddət ərzində Santyaqo prinsiplərinin tətbiqi istiqamətində əsaslı irəliləyişlər, suveren fondların təmsil etdikləri və investiya etdikləri ölkələrdəki mühüm rolları, mövcud tənzimləmə mühiti və investisiya rejimlərinin analoji fondların fəaliyyətinə təsiri kimi məsələlər müzakirə olunub. Forumun növbəti iclası 2011-ci ilin aprelində Çin İnvestisiya Korporasiyasının təşkilatçılığı ilə Pekində keçiriləcək.

Bununla yanaşı, Ş.Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda, həmin ölkənin Dövlət İnvestisiya Korporasiyasının qrup prezidenti Lim Sionq Quan və Avstraliya Gələcək Fondunun sədri Devid Mürrey ilə görüşüb. Görüşlərdə tərəflər təmsil etdikləri qurumların yaranma zərurəti, əsas məqsəd və vəzifələri, fəaliyyət göstərdikləri ölkələrin iqtisadiyyatlarındakı mühüm rolu, vəsaitlərin strateji bölüşdürülməsi və sair məsələlərə dair müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR