Bank Of Baku

Azərbaycan parlamenti mayın sonunda 2009-cu il dövlət büdcəsinin icrasının nəticələrini müzakirə edəcək

Azərbaycan parlamenti mayın sonunda 2009-cu il dövlət büdcəsinin icrasının nəticələrini müzakirə edəcək
# 13 may 2010 13:17 (UTC +04:00)
Bu barədə APA-ya məlumat parlamentdən daxil olub.

Məlumata görə, bu gündən qanun layihəsinin deputatlara paylanmasına başlanılıb. Qanun layihəsi parlamentin İqtisadi Siyasət Komitəsinin mayın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Milli Məclisin növbəti iclasının isə mayın 25 və ya 31-də keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 10 325,9 mln. manat, xərcləri isə 10 567,0 mln. manat təşkil edib. Nəticədə, dövlət büdcəsində 241,1 mln. manat həcmində kəsir yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR