Bank Of Baku

Britaniyada 500 avroluq əsginasların istifadəsi qadağan edilib

Britaniyada 500 avroluq əsginasların istifadəsi qadağan edilib
# 13 may 2010 13:59 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyada 500 avroluq əsginasların istifadəsi qadağan edilib.

APA-Economics”in “The Daily Mail” qəzetinə istinadən məlumatına görə, Britaniya hakimiyyət orqanları hesab edir ki, bu əsginasların əksəriyyəti saxtadır və cinayətkarlar tərəfindən istifadə edilir.

Böyük Britaniyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyindən bildiriblər ki, hazırda 500 avroluq əsginasların qanuni istifadəsinə dair inandırıcı dəlillər yoxdur. Bəzi məlumatlara görə, 10 əsginasdan 9-u saxtadır.

Bu əsginaslar kriminal aləmdə “Bin Laden” adı ilə məşhurdur. Çünki hər kəs onun necə göründüyünü və dövriyyədə olduğunu bilir, amma əsl əsginası görən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR