Bank Of Baku

«Kapital Bank» bu il ATM şəbəkəsini 16% genişləndirəcək

«Kapital Bank» bu il ATM şəbəkəsini 16% genişləndirəcək
# 13 may 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC 2010-cu il ərzində əlavə 65 «Pro Cash 2050 XE USB» modelli «Wincor Nixdorf» bankomatları quraşdıracaq. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bankın ATM-lərinin ümumi sayı 16,4% artaraq 461-ə çatacaq.

Artıq yeni ATM-lər Azərbaycana gətirilib və ilin sonunadək quraşdırlacaq.

Qeyd edək ki, ATM-lərin sayının artırılmasında əsas məqsəd pensiya, müavinət, məvacib, fermerlərə subsidiyalar və digər sosial ödənişlərin verilməsində yaranmış növbələrin aradan qaldırılmasıdır.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 492,318 mln. manat, depozit portfeli 325,897 mln. manat, kredit portfeli 268,274 mln. manat, məcmu kapitalı 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR