Bank Of Baku

BVF Azərbaycan dövlət büdcəsinə korrektə edilməməsini dəstəkləyir

BVF Azərbaycan dövlət büdcəsinə korrektə edilməməsini dəstəkləyir
# 13 may 2010 16:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlət büdcəsinə yenidən baxılmamasını dəstəkləyir.

«APA-Economics»in məlumatına görə, bunu Fondun IV maddə üzrə missiyanın rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın dövlət büdcəsinin korrektə edilməsi düzgün olmazdı. BVF ölkənin dövlət büdcəsinə yenidən baxılmaması və hər hansısa bir əlavə və dəyişikliklərin edilməməsi addımını dəstəkləyir: «Biz Azərbaycan hökumətinə dövlət büdcəsinin korrektə edilməməsini hələ bir neçə ay bundan öncə ölkə hökumətinə məsləhət görmüşdük. Korrektədən vacib indi Azərbaycan hökuməti üçün büdcə xərclərinin səmərəliliyini yaxşılaşdırmasıdır ki, buna hazırda ehtiyac var».

N.Omes həmçinin bildirib ki, bir neçə il bundan öncə Azərbaycanın büdcə xərcləri neft gəlirləri ilə adekvat olmayıb, yəni ötən bir neçə il ərzində xərclər çox olub və 2010-cu ildə BVF xərcləri artırmağı məsləhət görmür: «Hazırda Azərbaycan investisiya layihələri, satınalınmalar, xərclərin monitorinqini təkmilləşdirmək kimi məsələlərə diqqət yetirməlidir».

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10,015 mln. manat, xərcləri isə 11,264 mln. manat məbləğində təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR