BVF Azərbaycan hökuməti ilə IV Maddə üzrə apardığı məsləhətləşmələri yekunlaşdırıb
«APA-Economics»in məlumatına görə, IV maddə üzrə missiyanın rəhbəri xanım Ninke Omes qeyd edib ki, yekunlaşdırılan məsləhətləşmələrə əsasən, Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranının təsirinə davam gətirib, lakin bu təsirdən tam qoruna bilməyib. Belə ki, 2009-cu ildə ölkədə ÜDM-in artım tempi çox böyük təəssürat yaradaraq 9,3% olub, amma qeyri-neft sektorunda ÜDM artımı 2008-ci ilin 16% səviyyəsindən 2009-cu ildə 3%-ə enib.
N.Omes onu da qeyd edib ki, neftin və digər əmtəələrin beynəlxalq qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi büdcə və ixrac gəlirlərinin 30%-dən artıq azalmasına səbəb olub: «Bundan başqa, bir sıra dövlət müəssisələri və banklar qısa müddətli xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çətinliklərlə üzləşib, bu isə bank sistemində likvidlik çatışmazlığına və kreditvermənin kəskin azalmasına səbəb olub. Beynəlxalq əmtəə qiymətləri düşdüyü üçün orta illik inflyasiya kəskin azalaraq 2008-ci ildə 20%-dən artıq olan səviyyədən 2009-cu ildə 1,4% səviyyəsinə düşüb».
N.Omesin sözlərinə görə, Azərbaycan hökuməti böhrana qarşı effektiv büdcə siyasəti tədbirləri həyata keçirib: «İlk növbədə dövlət büdcəsində nəzərdə tutulan vəsaitin Neft Fondundan dövlət büdcəsinə köçürülməsinə imkan verilərək neftin qiymətinin xeyli ucuzlaşmasının büdcəyə təsiri məhdudlaşdırıldı. İkincisi, dövlət neft və alüminium şirkətlərinin xarici borc öhdəliklərini yerinə yetirməsinə kömək etmək üçün hökumət tərəfindən böyük məbləğdə kapital və dövlət zəmanətli kreditlər təqdim edildi. Üçüncüsü, gəlirlərin azaldığı bir şəraitdə hökumət korrektə tədbirləri görərək prioritet olmayan xərcləri ixtisar edib və yalnız icra edilməkdə olan əsaslı investisiya layihələrini maliyyələşdirib. Nəticədə hökumət qeyri-neft büdcə kəsirini geniş mənada sabit saxlaya, sosial xərcləri isə hətta artıra bilib. Builki büdcənin məqsədi qeyri-neft kəsirini azaltmaq, digər tərəfdən də mənfəət və gəlir vergisi dərəcələrinin azaldılmasına imkan verməkdir».
N.Omes onu da bildirib ki, ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnəni sabit saxlayaraq və bank sisteminə likvidlik ayıraraq maliyyə sabitliyini uğurla təmin edə bilib: «Ötən ilin əvvəlində manatın məzənnəsinin ucuzlaşacağı gözlənilsə də, AMB uğurla müdaxilə edərək məzənnəni ABŞ dollarına qarşı fiksə edib, bu isə inflyasiyanı azaldıb, dollarlaşmanın davam etməsinin qarşısını alıb və ev təsərrüfatları və bankların balanslarına mənfi təsirdən yayınmağa imkan verib. Likvidlik çatışmazlığı və kredit şərtlərinin sərtləşməsinə cavab olaraq, AMB 2008-ci ilin sentyabr ayından 2009-cu ilin dekabr ayına qədər müddətdə depozitlər üçün ehtiyat tələbini 12%-dən 0,5%-ə, təkrar maliyyələşmə dərəcəsini isə 15%-dən 2%-ə endirib».
BVF rəsmisi həmçinin qeyd edib ki, ötən il AMB müvəqqəti likvidlik çətinlikləri ilə üzləşmiş banklara təqribən 1,1 mlrd. ABŞ dolları (ÜDM-in 2,6%-i) məbləğində likvidlik dəstəyi verib: «Nəhayət, əmanətlərin sığortalanan məbləği beş dəfə artırılıb və bu, bank sisteminə inamı bərpa etməyə kömək edib».
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Polşanın Cənubi Qafqaz siyasəti: Strateji tərəfdaşlıqdan anti-Azərbaycan xəttinə doğru - TƏHLİL
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
Azərbaycanda hissedilən zəlzələ baş verib, dağıntı olmayıb - YENİLƏNİB-2
Bakı Limanında quru yük aşırılması 77% artıb
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Brüsseldə eqoların savaşı: Ursula Fon der Lyayen-Kaja Kallas qarşıdurması dərinləşir - TƏHLİL
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır
Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO
Xüsusi nümayəndə: Kəlbəcərdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biridir
Son iki ayda xəstəxanalarda aparılan yoxlamalar nəticəsində 31 nəfər məsuliyyətə cəlb edilib
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair sessiya keçirilib - FOTO
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Seyran Ohanyan məhkəməyə məcburi gətiriləcək
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir