Bank Of Baku

BVF: Bu il Azərbaycanda iqtisadi artım 4,2%, inflyasiya isə 4% olacaq

BVF: Bu il Azərbaycanda iqtisadi artım 4,2%, inflyasiya isə 4% olacaq
# 13 may 2010 16:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 4,2% səviyyəsində olacağı proqnozlaşdırılır.

«APA-Economics»in məlumatına görə abu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda ÜDM-in 4,2% təşkil edəcəyinə baxmayaraq, tempin enməsi riskləri qalacaq. Neft sektoru üzrə yalnız 1,3% artacağı və ÜDM-in artım tempinin 2,7% təşkil edəcəyi proqnozlaşdırılır: «Qeyri-neft sektorunun artım tempinin bərpası və beynəlxalq əmtəə qiymətlərinin qalxması ilə yanaşı, 2010-cu ildə inflyasiyanın da 4%-ə qədər bir az artacağı gözlənilir. Əgər biznes nümayəndələri pessimistik əhval-ruhiyyəni saxlasalar və ya xarici tələb yalnız aşağı səviyyədə bərpa olunarsa, artım tempi daha da az olacaq».

N.Omes onu da qeyd edib ki, bundan sonra neft hasilatının artımın əsas mənbəyi olmayacağı nəzərə alınarsa, Azərbaycan iqtisadiyyatının orta müddətli perspektivi hazırda ümumi ixracın yalnız 5%-ni təşkil edən qeyri-neft ixracının iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib-çevirilməyəcəyindən çox asılıdır. Buna nail olmaq üçün rəsmi orqanlar biznes mühitini daha da yaxşılaşdırılmağa xidmət edən qeyri-neft ixracı strategiyasını hazırlamaqda qərarlıdırlar.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempi 9,3%, inflyasiya isə 1,3% səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR