Bank Of Baku

Ninke Omes: BVF ARDNŞ-nin ölkədə bir neçə sektora nəzarət etməsinə müsbət yanaşır

Ninke Omes: BVF ARDNŞ-nin ölkədə bir neçə sektora nəzarət etməsinə müsbət yanaşır
# 13 may 2010 17:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ölkədə bir neçə sektora nəzarət etməsinə müsbət yanaşır.

«APA-Economics»in məlumatına görə, bunu Fondun IV maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, hər hansısa bir dövlət müəssisəsinin ölkədə bir neçə sahəyə nəzarət etməsinin həm müsbət, həm də zəif tərəfləri var: «Neft hasil edən ölkələrdə belə hallar müşahidə olur və BVF bunu heç də tənqid etmir. Lakin ARDNŞ hazırda risklərin idarə olunmasına ciddi diqqət yetirməlidir. Belə ki, 2009-cu ildə ARDNŞ maliyyə problemləri ilə üzləşib və bu da neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar idi. Lakin şirkətin risklərin idarə olunması yaxşı səviyyədə olsaydı, ARDNŞ belə problemlə üzləşməzdir».

N.Omes həmçinin bildirib ki, ümumiyyətlə, iri şirkətlər risklərin idarəolunması siyasətini düzgün aparmalıdır, əks halda, dövlət büdcəsi zərər çəkə bilər: «BVF Azərbaycan hökumətinə dövlət müəssisələrində ciddi monitorinqin aparılmasını tövsiyyə edir».

Qeyd edək ki, hazırda ARDNŞ ölkənin neft, qaz və kimya sənayesinə nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR