Bank Of Baku

BVF Azərbaycan Mərkəzi Bankına uçot dərəcəsinin hazırkı səviyyədə saxlamağı tövsiyə edir

BVF Azərbaycan Mərkəzi Bankına uçot dərəcəsinin hazırkı səviyyədə saxlamağı tövsiyə edir
# 13 may 2010 17:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankına (AMB) uçot dərəcəsinin hazırkı səviyyədə saxlanılmasını tövsiyə edir.

«APA-Economics»in məlumatına görə, bunu Fondun IV maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

«Ümumiyyətlə, banklar üçün uçot dərəcəsinin azaldılması likvidliyə qapıları açır. Lakin hazırda Azərbaycanda elə də likvidlik ehtiyacı yoxdur və AMB-nin uçot dərəcəsinin hazırkı səviyyədə saxlanılmasını tövsiyə edirik», - deyə N.Omes bildirib.

BVF rəsmisi onu da qeyd edib ki, hazırda Azərbaycanda banklar arasında rəqabət gücləndirilməlidir.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin may ayının 25-dən uçot dərəcəsini 3%-dən 2%-ə endirib. Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-dək azaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR