Bank Of Baku

BVF: Azərbaycanda fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi çox yüksəkdir

BVF: Azərbaycanda fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi çox yüksəkdir
# 14 may 2010 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi çox yüksəkdir.

«APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) IV maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, BVF Azərbaycanda vergi dərəcələrinin azaldılmasını dəstəkləyir: «Ötən dövr ərzində Azərbaycanda mənfəət və gəlir vergiləri azaldılıb və BVF ölkə hökumətinin bu siyasətini dəstəkləyir. Azərbaycanda gəlir vergisinin yuxarı həddi 35%-dən 30%-dək endirilsə də, region üçün bu çox yüksəkdir».

N.Omes həmçinin bildirib ki, Azərbaycan maliyyə, vergi və gömrük sahələrində islahatları davam etdirməlidir.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən Azərbaycanda fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi 35%-dən 30%-ə endirilib. Azərbaycan Vergilər Məcəlləsinin 101-ci maddəsinə əsasən, aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2 000 manatadək

14%

2 000 manatdan çox olduqda

280 manat + 2000 manatdan çox olan məbləğin 30%-i

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR