Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının 10 il ərzində mərhələli şəkildə özəlləşdirilməsi təklif olunur

Azərbaycan Beynəlxalq Bankının 10 il ərzində mərhələli şəkildə özəlləşdirilməsi təklif olunur
# 14 may 2010 07:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Fondun IV maddə üzrə missiyasının rəhbəri xanım Ninke Omes bildirib.

Onun sözlərinə görə, ABB-nin özəlləşdirilməsi mərhələli şəkildə aparılmalıdır: «Biz bankın özəlləşdirilməsini 10 il ərzində aparılmasını tövsiyə edirik. Dövlət maliyyə bazarındakı vəziyəti öyrənməli, vəziyyəti qiymətləndirməli və özünə sərf edən qiymətlə bankı satmalıdır. Buna görə özəlləşdirmə dərhal aparılmamalıdır».

N.Omes həmçinin bildirib ki, ümumiyyətlə, Azərbaycan bank sektorunda rəqabəti gücləndirməlidir və məhz bu səbəbdən də ABB-nin özəlləşdirilməsi məqsədə uyğundur.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 5 256,950 mln. manat, depozit portfeli 1 984,853 mln. manat, kredit portfeli 3 940,919 mln. manat, məcmu kapitalı 472,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR