Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirlməsinə başlanılır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirlməsinə başlanılır
# 14 may 2010 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.

AİF-in istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevral ayının 1-də başlanılıb və bu günə kimi 28 mln. manat həcmində istiqraz yerləşdirilib. İstiqrazların ödəmə tarixi isə 2019-cu il dekabrın 11-dir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, istiqrazın nominal dəyəri 1 min manat, istiqrazlar üzrə illik gəlirlik isə 3,25% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR