Bank Of Baku

Azərbaycan «Qanunvericilik və tənzimləmə mühiti Atlası»nda orta riskli ölkələrin siyahısına aid edilib

Azərbaycan «Qanunvericilik və tənzimləmə mühiti Atlası»nda orta riskli ölkələrin siyahısına aid edilib
# 14 may 2010 09:19 (UTC +04:00)
«Maplecroft» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 172 ölkəni əhatə edən araşdırma nəticəsində ölkələr şərti olaraq 4 qrupa bölünüb.

Təsnifat ölkədəki qanunvericilik, inzibati, beynəlxalq normaların tətbiq edilib-edilməməsi, korrupsiya, məhkəmələrin müstəqilliyi, mülkiyyət hüquqlarına yanaşma və s. bu kimi risklər əsasında həyata keçirilib.

Ən riskli hesab olunan “Ekstremal” risklərə malik olan 20 ölkələrin sırasında əsasən Afrika ölkələri, Venesuela, Boliviya, bir sıra Şərq və Orta Asiya ölkələri, MDB-ni təmsil edən Rusiya, Türkmənistan və Özbəkistan yer alıb.

“Aşağı riskli” ölkələr arasında yalnız inkişaf etmiş ölkələr, yəni Avropanın aparıcı ölkələri, ABŞ, Kanada, Avstraliya, Yaponiya kimi ölkələr qərar tutub.

Azərbaycan Şərqi və bir sıra Qərbi Avropa ölkələri, Latın Amerikası və Yaxın Şərqin aparıcı ölkələri ilə birlikdə “Orta riskli” ölkələrin sırasına daxil edilib.

Nəhayət, “Yüksək riskli” ölkələrin sırasına əksər Asiya, Afrika ölkələri, Sakit Okean regionu və bir neçə Avropa ölkəsi aid edilib.

Qeyd edək ki, bu kimi Atlas ilk dəfədir tərtib edilir. Əsas məqsəd dünya investorlarına ölkələrdə qanunvericiliyə, mülkiyyət hüquqlarına, beynəlxalq normalara hörmətsizliklə, korrupsiya və məmur özbaşınalığı ilə, biznes etikasının aşağı səviyyəsi ilə üzləşə biləcək ölkələrin siyahısını təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR