Bank Of Baku

Azərbaycanda Kredit Bürosunun yaradılmasına dair qanun layihəsi bu il parlamentə təqdim olunacaq

Azərbaycanda Kredit Bürosunun yaradılmasına dair qanun layihəsi bu il parlamentə təqdim olunacaq
# 14 may 2010 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Azərbaycanda Kredit Bürosunun yaradılmasına dair qanun layihəsi ölkə parlamentinə təqdim olunacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi» layihəsinin (ACAFI) mütəxəssisi Teymur Heybətov bildirib.

Onun sözlərinə görə, ACAFI layihəsi çərçivəsində yaradılacaq Kredit Bürosu Azərbaycanın maliyyə sistemində risklərin, «pis» kreditlərin sayını, həmçinin bankların kredit verilməsi üzrə əməliyyat xərclərinin azaldılmasına yardım edəcək və yeni kreditlərin sayını artıracaq. «Yaradılacaq Kredit Bürosu kiçik və orta bizneslə məşğul olan təşkilatlar, o cümlədən borcalan fiziki şəxslər barədə məlumat toplayacaq. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) «Kredit Bürosu haqqında» qanun layihəsi hazırlayıb və 2010-cu il ərzində sözügedən qanun layihəsi Milli Məclisə təqdim olunacaq», - deyə T.Heybətov bildirib.

Həmçinin qeyd edilib ki, Büronun açılmasından sonra onun tam fəaliyyətə başlaması üçün təxminən 2 il, kapitalın toplanması kimi məsələlərinin həlli üçün isə 9 ay tələb olunacaq.

Büronun kapitalına gəldikdə isə, IFC-nin apardığı sorğuya əsasən Azərbaycanda fəaliyyət göstərən bankların 53%-i kapitalda iştirak etmək istəyini bildirib, 47%-i isə bundan imtina edib.

Xatırladaq ki, Kredit Bürosu AMB tərəfindən nəzarət aparılacaq. Hazırda AMB-nin nəzdində Azərbaycanda kredit reyestri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR