Bank Of Baku

Azərbaycan və Finlandiya arasında «Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş» imzalanıb - FOTO

Azərbaycan və Finlandiya arasında «Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş» imzalanıb -<font color=red> FOTO</font>
# 14 may 2010 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Finlandiyada səfər edib.

DGK-nın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq ilə görüşüb.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf imkanları, əməkdaşlığın gələcək perspektivləri kimi məsələlər müzakirə edilib. A.Əliyev Azərbaycanın gömrük xidmətinin inkişafından, istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məlumat verib.

A.Əliyev həmçinin, Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzinin, eləcə də Kinoloji Mərkəzin üstün imkanlarından danışıb, ölkənin paytaxtında inşa edilən potensialın gücləndirilməsi üzrə regional ofisin hazırkı durumu barədə danışıb.

Görüşdə həmçinin Ümumdünya Gömrük Təşkilatında gələn ay keçiriləcək seçkilərlə bağlı məsələlər də müzakirə mövzusu olub. Finlandiya tərəfi Avropa regionu üzrə potensialın gücləndirilməsi direktoru vəzifəsinə Macarıstan Gömrük Xidmətinin rəhbəri Yanoş Naqinin namizədliyini dəstəkləməyi Azərbaycan tərəfindən xahiş edib.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan və Finlandiya arasında «Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş» imzalanıb. Sazişi A.Əliyev və T.Erlinq imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR