Bank Of Baku

AYİB «MilliKart»ın nizamnamə kapitalında iştirak payı alacaq

AYİB «MilliKart»ın nizamnamə kapitalında iştirak payı alacaq
# 14 may 2010 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın vaxtlarda «MilliKart» MMC-nin nizamnamə kapitalında 10%-lik iştirak payına malik olacaq.

Bunu «APA-Economics»ə açıqlamasında «MilliKart» MMC-nin icraçı direktoru Cəlal Orucov bildirib.

C.Orucovun sözlərinə görə, hazırda beynəlxalq maliyyə qurumu tərəfindən payın alınmasına dair müvafiq sənədlər hazırlanaraq Azərbaycan Vergilər Nazirliyinə təqdim edilib və bu istiqamətdə rəsmiləşdirmə işləri aparılır.

C.Orucov qeyd edib ki, AYİB «MilliKart» MMC-nin nizamnamə kapitalında 10%-lik paya sahib olduqdan sonra qurumun nizamnamə kapitalı əlavə 1 mln. manat artaraq 5 mln. manata çatacaq. «AYİB şirkətin investisiya kapitalının gücləndirilməsinə, gələcək inkişafında dəstəklənməsinə və effektivliyin artmasına imkan yaradacaq. Bu beynəlxalq maliyyə təşkilatı tərəfindən şirkətə bir sıra texniki yardımlar göstəriləcək ki, bura korporativ idarəetmənin standartlarının tətbiqi ilə bağlı konsaltinq şirkətlərinin xidmətləri də daxil olacaq», - deyə C.Orucov bildirib.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edir. Hazırda «MilliKart» MMC tərəfindən 13 banka xidmət göstərilir. Bu banklar tərəfindən 80 000-dən çox ödəniş kartları emissiya edilib, 200-dən çox bankomat və 2200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR