Bank Of Baku

«MuğanBank» Azərbaycan Risk Peşəkarları Assosiasiyasının korporativ üzvləri siyahısına qoşulub

«MuğanBank» Azərbaycan Risk Peşəkarları Assosiasiyasının korporativ üzvləri siyahısına qoşulub
# 14 may 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «MuğanBank» ASC Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvləri siyahısına qoşulub.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, Assosiasiyanın bir illik fəaliyyəti boyu ölkədəki banklar, investisiya bankları, mikromaliyyə təşkilatları, maliyyə, lizinq, sığorta şirkətləri, həmçinin iqtisadi inkişaf korporasiyaları, dövlət qurumları və başqa iqtisadi təşkilatlar ARPA-nın üzvləri olub.

Sayca 18-ci olan «MuğanBank», ARPA-nın digər üzvləri kimi, Assosiasiya tərəfindən təşkil olunan beynəlxalq maliyyə institutlarının, Azərbaycan Mərkəzi Bankının, audit şirkətlərinin, kommersiya banklarının və digər aparıcı qurumların ekspertlərinin iştirakı ilə çoxsaylı dəyirmi masalar və seminarlarda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, ARPA Azərbaycanda risklərin idarə olunması üzrə ixtisaslaşmış təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR