Bank Of Baku

«Paşa Bank» nizamnamə kapitalını artırır

«Paşa Bank» nizamnamə kapitalını artırır
# 14 may 2010 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 11 540 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 115,4 mln. manat təşkil edir.

Emissiya «Paşa Bank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 10 min manat olan 10 min ədəd - 100 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 15,4% artaraq 115,4 mln. manata çatacaq.

Qeyd edək ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR