Bank Of Baku

Avronun ucuzlaşması kəskin səviyyəyə çatır

Avronun ucuzlaşması kəskin səviyyəyə çatır
# 15 may 2010 08:16 (UTC +04:00)
Avronun dollara qarşı məzənnəsi 1,25 dollarlıq psixoloji həddən düşərək, hazırda 1,236 dollara bərabərdir ki, bu da 1,5 illik minimum deməkdir. Qeyd edək ki, cari ilin əvvəlindən avro dollara qarşı 13% ucuzlaşıb.

APA-Economics”in “RBC”ya istinadən məlumatına görə, avronun ucuzlaşmasının ilk əlamətləri ötən ilin sonlarında özünü göstərib. Həmin vaxt Yunanıstanda büdcə kəsiri və dövlət borcu ilə yaranan problemlər üzə çıxmağa başlayıb. Bundan sonra Yunanıstanın suveren reytinqi endirilib, xarici dövlət borcu üzrə faiz dərəcələrində artım müşahidə olunub. Vəziyyəti müəyyən dərəcədə sabitləşməyə yönəldilən Yunanıstanda baş verənlərin müvəqqəti xarakteri daşıdığı barədə Avropanın bir sıra ölkələrinin, o cümlədən Avropa Mərkəzi Bankının rəhbərliyi və digər rəsmi şəxslərin müxtəlif bəyanatlarının heç bir faydası olmayıb və aprelin ortalarında vəziyyət kritik həddinə çatıb. Belə ki, Yunanıstanın büdcə kəsirinin ÜDM-in 13,6%-ni təşkil etdiyi məlum olub, ölkəyə təcili maliyyə yardım etmək ehtiyacı yaradılıb, nəticədə avronun ucuzlaşması artıq dönməz xarakter alıb.

Dünya və Avropa ekspert və bazar iştirakçıların fikrincə, cari ilin sonunadək avronun məzənnəsi 1,1-1,15 dollar səviyyəsinə qədər enəcək. Ən nikbin proqnozlara görə isə, ilin sonunda avronun məzənnəsi 1,2 dollar təşkil edəcək. Yaxın günlərdə analitiklər məzənnəsinin 1,22 dollaradək enməsini gözləyir.

Qeyd edək ki, avronun ucuzlaşması tendensiyası Azərbaycanda da müşahidə olunur. Belə ki, mayın 14-də avronun rəsmi məzənnəsi 1,0075 manat səviyyəsində müəyyən olunub ki, bu da 14 aylıq minimumun təkrarıdır. Ümumilikdə, Azərbaycanda iqtisadiyyatda, pərakəndə hesablaşmalarda, bank və maliyyə sektorunda, xarici ticarətdə və s. sahələrdə avroya nisbətən dolların daha mühüm roluna malik olması səbəbindən dünya bazarlarında avronun dollara n qarşı məzənnəsindəki dəyişikliklər dollar-manat məzənnəsində deyil, avro-manat məzənnəsində əksini tapır. Nəticədə, avro dollara qarşı bahalaşanda, Azərbaycanda Mərkəzi Bankı tərəfindən dolların məzənnəsi endirilmir, avronun məzənnəsi yüksəlir, dollar avroya qarşı bahalaşanda isə, dolların məzənnəsi artırılmır, avro ucuzlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR