Bank Of Baku

Gələn ay «Kapital Bank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Kapital Bank»ın səhmdarlarının iclası keçiriləcək
# 17 may 2010 07:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 29-da Azərbaycanın «Kapital Bank» ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın 2009-cu ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 492,318 mln. manat, depozit portfeli 325,897 mln. manat, kredit portfeli 268,274 mln. manat, məcmu kapitalı 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR