Bank Of Baku

«NBC Bank» son bir ayda 2 mln. manatlıq avtomobil kreditləri rəsmilləşdirib

«NBC Bank» son bir ayda 2 mln. manatlıq avtomobil kreditləri rəsmilləşdirib
# 17 may 2010 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC müştərilərə «Nissan», «Peugeot» və «Ford» markalı avtomobillərin kreditl satışının yeni şərtlərini açıqlayıb.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, bu avtomobil modellərinin alışı kreditləşdirilən zaman ssuda illiik 17%-lə rəsmiləşdiriləcək. Artıq bu kampaniya çərçivəsində son bir ay ərzində «NBC Bank» tərəfindən təxminən 2 mln. manat civarında avtomobil krediti təqdim olunub.

Bankın bütün filialları avtomobil kreditləri ilə yanaşı müştərilərə biznes kreditləri də təklif edir. Biznes kreditləri həm dövriyyə, həm də əsas vəsaitlər fondunun genişləndirilməsinə yönəldilə bilər.

Qeyd edək ki, müştərilər bankın filiallarından kredit şərtləri ilə həmçinin məişət texnikası və telefon aparatları ala bilər.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,343 mln. manat, kredit portfeli 39,184 mln. manat, depozit portfeli 6,777 mln. manata, məcmu kapitalı 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR