Bank Of Baku

Yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım 5% olub

Yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım 5% olub
# 17 may 2010 07:13 (UTC +04:00)
Bu isə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 68,1%-i məhsul istehsalı, 25,5%-i xidmət sahələrində yaradılıb, 6,4%-i isə məhsula və idxala xalis vergilər təşkil edib. Məhsul istehsalı sahələrində əlavə dəyərin həcmi 4,7%, xidmət sahələrində isə 5,4% artıb.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı neft sektorunda 4,9%, qeyri neft-qaz sektorunda isə 5% artıb.

Bununla yanaşı, hesabat dövründə orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM-in həcmi 3,8% artaraq 1 460 manata (1 817,5 ABŞ dollarına) çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR