Bank Of Baku

«Turanbank» son bir ildə aktivlərini 43% artırıb

«Turanbank» son bir ildə aktivlərini 43% artırıb
# 17 may 2010 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin əvvəlindən 5,4% artaraq may ayının 1-nə 115,9 mln. manat təşkil edib. Bu, ötən ilin mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 43% çoxdur.

«Turanbank»dan «APA-Economics»ə verilən məlumata görə, mayın 1-nə bankın kredit portfeli ilin əvvəlindən 7,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 32,7% artaraq 83,7 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 16,7% artaraq 4,7 mln. manata, bankın mənfəəti isə 1,3 mln. manata çatıb.

Bundan başqa, 2010-cu ilin yanvar-aprel aylarında bankın depozit portfeli ilin əvvəlindən 17,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 107,9% artaraq 42,3 mln. manata çatıb. Depozit portfelinin strukturunda əhalinin müddətli depozitləri 26,1 mln. manat təşkil edib ki, ilin əvvəlindən bu göstərici 15,9%, ötən ilin yanvar-aprel ilə müqayisədə isə 93,5% artıb.

May ayının 1-nə «Turanbank»ın məcmu kapitalı son bir ildə 5,8% artaraq 20,2 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı 18,5 mln. manata çatıb ki, ilin əvvəlindən bu göstərici 8,8% artıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (nizamnamə kapitalın 21,65%-i) və 20 fiziki şəxs (78,35%) olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə ərazisində 11 filialı və 20 ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR