Bank Of Baku

«Xalq Bank» nizamnamə kapitalını 36% artırıb

«Xalq Bank» nizamnamə kapitalını 36% artırıb
# 17 may 2010 09:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC nizamnamə kapitalını 19,278 mln. manat və ya 36% artıraraq 72,828 mln. manata çatdırıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın əlavə səhm emissiyasının yerləşdirilməsi prosesinin başa çatması nəticəsində baş verib.

Nizamnamə kapitalının artırılmasından sonra «Xalq Bank» bu göstərici üzrə ölkə bankları arasında üçüncü mövqeyə çıxıb.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 534,605 mln. manat, depozit portfeli 220,784 mln. manat, kredit portfeli 471,252 mln. manat, məcmu kapitalı 83,160 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib. Bankın ölkə üzrə 11 filialı, 32 bankomatı və 48 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR