«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% artaraq 0,8037 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,01% artıb və 0,8036 manata bərabər olub:
Ötən həftə avronun məzənnəsinin kəskin azalması davam edib. Belə ki, avronun rəsmi məzənnəsi 1,7% azalaraq həftənin son gününə 1,0075 manat təşkil edib:
Qeyd edək ki, mayın 17-də avronun rəsmi məzənnəsi manatla paritetdən aşağı düşərək 0,9872 manata çatıb. Beləliklə, avro 7,5 illik minimuma enib.
Mayın əvvəlində başlamış avronun manata qarşı kəskin ucuzlaşması bir sıra Avropa ölkələrində dövlət borcunun artması ilə bağlı yaranmış problemlər səbəbindən dünya bazarlarında avronun dollara qarşı ucuzlaşmasının nəticəsidir.