Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin artıb
# 17 may 2010 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-aprel ayları üzrə 1,35 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-mart ayları ilə müqayisədə indeks 0,1 bənd və ya 8% artıb.

Xatırladaq ki, bu göstərici son aylar ərzində davamlı artım nümayiş etdirir:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Belə ki, 2010-cu ilin yanvar ayında indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini cəmi 10% üstələdiyi halda, yanvar-fevralda bu göstərici 20%-ə, yanvar-martda 25%-ə, yanvar-apreldə isə 35%-ə bərabər olub.

Qrafikdən göründüyü kimi, cari ilin əvvəlindən əhalinin alıcılıq qabiliyyəti indeksi artmaqdadır. Bu göstəricinin artması gəlirlərin yüksəlməsi və ya xərclərin iki əsas istiqamətlərinə yönəldilən vəsaitlərin məcmusunun azalması nəticəsində baş verə bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel ayları üzrə əhalinin gəlirləri illik müqayisədə 8,6%, pərakəndə əmtəə dövriyyəsi 8,2%, xidmətlərin dəyəri isə 10,5% artıb. Yanvar-mart ayları üzrə bu göstəricilər müvafiq olaraq, 6,5%, 8,3% və 10,6% təşkil edib. Beləliklə, xərcləri xarakterizə edən makroiqtisadi göstəricilər üzrə illik və aylıq müqayisədə azalma müşahidə olunmur. Yəni, bu amil alıcıq qabiliyyətinin artının xərclərin azalmaması fonunda baş verdiyini təsdiqləyir.

Qeyd edək ki, 2010-cu ilin yanvar-aprel aylarında pərakəndə əmtəə dövriyyəsi 4 098,7 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1 324,9 mln. manat, əhalinin gəlirləri isə 7 320 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR